USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ-ın "İrandan çıxın" xəbərdarlığı neft qiymətlərini qaldırdı

06.02.2026 Siyasət
0 0
Brent markalı xam neft beynəlxalq bazarlarda barrel üçün 68,09 dollara satılır.

Dünən 68,71 dollara yüksələn Brent markalı xam neft günü 67,34 dollardan bağladı. Bu gün saat 09:27-yə olan məlumata görə, Brent markalı xam neft bağlanış qiyməti ilə müqayisədə 1,1% artımla 68,09 dollardan satılırdı. Eyni zamanda, West Texas Intermediate (WTI) markalı xam neftin bir bareli 63,88 dollardan satılırdı.

Neft qiymətlərinin artmasına ABŞ-ın İrandakı təhlükəsizlik risklərini əsas gətirərək vətəndaşlarını "ölkəni dərhal tərk etməyə" çağırması təsir göstərib.

ABŞ-ın Tehrandakı Virtual Səfirliyi tərəfindən verilən təhlükəsizlik xəbərdarlığında ABŞ vətəndaşlarından "Vaşinqton administrasiyasının köməyinə ehtiyac duymadan İranı tərk etməyi planlaşdırmaları" istənilib.

Bölgədə davam edən təhlükəsizlik narahatlıqları neft qiymətlərini dəstəkləsə də, Omanda planlaşdırılan ABŞ-İran danışıqları ilə bağlı gözləntilər artımı məhdudlaşdırıb.

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkov və Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner Omanda İranla planlaşdırılan nüvə danışıqlarından əvvəl Qətərə gəliblər.