USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Express Bank"ın mənfəəti 47% azaldı - HESABAT

21.04.2021 Problemli Banklar
1 0
“Express Bank” 2021 ci ilin 1-ci rübünə olan hesabatını açıqlayıb. Hesabata görə bankın xalis mənfəəti 2020-ci ilin 1-ci rübü ilə müqayisədə 2 milyon 729 min manat və ya 46,5% azalaraq 3 milyon 129 min manata düşüb.

“Kommersant.az” bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, Faiz gəlirinin 1 milyon 258 min manat, faiz xərclərinin isə 887 min manat azalması bankın xalis faiz gəlirinin 370 min manat və ya 4,5% azalaraq 7 milyon 759 min manata enməsinə səbəb olub. “Express Bank”ın qeyri-faiz gəlirinin 28 min manat, qeyri-faiz xərclərinin isə 548 min manat azalması bankın əməliyyat mənfəətinin azalmasına səbəb ola bilməyib. Belə ki, bankın əməliyyat mənfəəti 1 il ərzində 150 min manat artaraq 3 milyon 158 min manata yüksəlib.

Bankın xalis kreditlərinin həcmi 1 il ərzində 25 milyon 869 min manat azalaraq 193 milyon 626 min manata enib. Bu azalmada ən böyük pay isə bankın istehlak kreditlərinin öhdəsinə düşüb. Belə ki, “Express Bank”ın istehlak kreditləri 30 milyon 538 min manat azalaraq 110 milyon 456 min manata düşüb. Biznes kreditləri isə 4 milyon 80 min manat artaraq 66 milyon 922 min manata, daşınmaz əmlak kreditləri isə 2 milyon 473 min manat artaraq 30 milyon 850 min manata yüksəlib. Nəticədə bankın aktivlər maddəsininin cəmində 42 milyon 183 min manatlıq azalma qeydə alının. Bankın aktivlər cəmi 309 milyon 96 min manat olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 12% azdır.

Depozit portfelini 19,8% azaldan bankın cəmi öhdəlikləri də azalıb. Belə ki, bankın depozit portfelinin həcmi 29 milyon 380 min manat azalaraq 118 milyon 562 min manata enib. Azalmada fiziki şəxslərin depozitləri əsas pay sahibi olub. Onların əmanətlərinin həcmi 1 il ərzində 30 milyon 414 min manat azalaraq 94 milyon 980 min manata enib. Bankın hüquqi müştərilərinin əmanətləri isə 1 milyon 34 min manat artaraq 23 milyon 582 min manata yüksəlib. Bunun nəticəsində bankın öhdəliklər cəmi 37 milyon 620 min manat və ya 16,3% azalaraq 185 milyon 73 min manata düşüb.

Bankın bölüşdürülməmiş mənfəətinin 4 milyon 100 min manat artması “Express Bank”ın cəmi kapitalının 3 milyon 406 min manat artaraq 124 milyon 23 min manata yüksəlməsin ilə nəticələnib.

Bankın tutumlardan sonrakı məcmu kapitalı 3 milyon 641 min manat və ya 3,1% artaraq 120 milyon 474 min manata bərabər olub.

Express Bank

2021 (I Rüb)

2020 (I Rüb)

Fərq

Cəmi aktivlər

309,096

351,279

-42,183

İstehlak kreditləri

110,456

141,003

-30,538

Bines kreditləri

66,922

62,842

4,080

İpoteka kreditləri

30,850

28,377

2,473

Xalis kreditlər

193,626

219,495

-25,869

Cəmi öhdəlikləri

185,073

230,662

-37,620

Depozitlər

118,562

147,942

-29,380

Fiziki şəxslərin depozitləri

94,980

125,394

-30,414

Hüquqi şəxslərin depozitləri

23,582

22,548

1,034

Cəmi kapital

124,023

120,617

3,406

Bölüşdürülməmiş məfəət

8,442

4,342

4,100

Xalis mənfəət/zərəri

3,129

5,858

-2,729

Faiz gəliri

9,287

10,545

-1,258

Faiz xərcləri

1,528

2,415

-887

Xalis faiz gəliri

7,759

8,129

-370

Qeyri-faiz gəliri

3,345

3,373

-28

Qeyri-faiz xərcləri

7,946

8,494

-548

Əməliyyat mənfəəti/zərəri

3,158

3,008

150

Mənfəət vergisi

615

27

588

Məcmu kapital

120,474

116,833

3,641

  • Əvvəlki

    Cari ildə dövlət büdcəsinin xərcləri nə qədər artıb? - RƏQƏMLƏR

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0