USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Turan Bank"ın mənfəətləri - AZALIR

27.12.2021 Problemli Banklar
0 0
“Turan Bank”ın xalis mənfəəti kəskin azalaraq 404 min manatadək enib.

“Kommersant.az” sözügedən bankın maliyyə göstəricilərinə istinadən xəbər verir ki, “Turan Bank”ın mənfəət və zərər hesabatının bir neçə bəndi kəskin azalıb.

Bankın faiz gəliri 2020-ci ilin 9ayı ilə müqayisədə 3 milyon 61 min manat artaraq 30 milyon 198 min manata çatıb. Faiz xərcləri isə 1 il ərzində3 milyon 98 min manat artaraq 19 milyon 715 min manata yüksəlib. Nəticədə “Turan Bank”ın xalis faiz gəliri 38 min manat azalaraq 10 milyon 482 min manata düşüb. Bankın qeyri-faiz gəlirinin 1 milyon 347 min manat artaraq 4 milyon 324 min manata çatması və eyni zamanda qeyri-faiz xərclərinin də 1 milyon 974 min manat artaraq 13 milyon 776 min manata yüksəlməsi “Turan Bank”ın əməliyyat mənfəətinin 662 min manat azalaraq 1 milyon 30 min manatadək geriləməsinə səbəb olub. Nəticədə bankın xalis mənfəəti 1 il ərzində 1 milyon 10 min manat azalaraq 404 min manatadək enib.

Qeyd edək ki, “Turan Bank” məcmu kapitalını 1 il ərzində 13 milyon 442 min manat artıraraq 91 milyon 660 min manata yüksəldib.

Turan Bank

2021 (III Rüb)

2020 (III Rüb)

Fərq

Faiz Gəliri

30.198

27.137

3.061

Faiz Xərcləri

19.715

16.617

3.098

Xalis Faiz Gəliri

10.482

10.520

-38

Qeyir-faiz Gəliri

4.324

2.974

1.347

Qeyri-faiz Xərcləri

13.776

11.802

1.974

Əməliyyat Mənfəəti/Zərəri

1.030

1.692

-662

Xalis Mənfəət/Zərəri

404

1.414

-1.010

Məcmu Kapitalı

91.660

78.218

13.442

  • Əvvəlki

    2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər

Digər xəbərlər

30.01.2024 Problemli Banklar
"AccessBank"ın bu aktivləri azalıb
0 0
29.01.2024 Problemli Banklar
Biznesmenlər “Qoç Bank”a - ÜZ ÇEVİRİB
0 0