USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“AFB Bank”ın bu mənfəəti 51 faiz azalıb

25.04.2023 Problemli Banklar
13 0
“AFB Bank” (qısaca - AFB) 2023-cü ilin ilk rübünə olan hesabatını görə, sözügedən bankın xalis mənfəəti 750 min manat və ya 40.47 faiz artaraq 2 milyon 603 min manat olub.

Kommersant.az AFB-nin mənfəət və zərər hesabatına istinadən xəbər verir ki, bankın faiz gəlir və xərcləri əməliyyat mənfəətinə mənfi təsir edib.

AFB-nin faiz gəlirləri 11 min manat artaraq 4 milyon 255 min manata, faiz xərcləri isə 397 min manat artaraq 958 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 3 milyon 296 min manat olub ki, bu da 2022-ci ilin eyni rübü ilə müqayisədə 386 min manat və ya 10.4 faiz azdır.

Qeyri-faiz gəliri 451 min manat artaraq 2 milyon 392 min manata, qeyri-faiz xərcləri isə 1 milyon 97 min manat artaraq 4 milyon 699 min manata bərabər olub. Buna görə də bankın əməliyyat mənfəəti 1 milyon 32 min manat və ya 51 faiz azalaraq 989 min manata düşüb.

  • Əvvəlki

    “Rusiyaya qarşı yeni sanksiyalar mayın ortalarında qəbul olunacaq”

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0