USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznesmenlər "Muğan Bank"dakı əmanətlərinin 65.4%-ni geri çəkib

27.04.2023 Problemli Banklar
14 4
"Muğan Bank" cari ilin ilk rübünə müştərilərini itirərək start verib. Bu da bankın depozit portfelinin azalmasına və nəticədə bankın cəmi öhdəliklərinin "əriməsinə" səbəb olub.

Kommersant.az xəbər verir ki, “Muğan Bank”ın cəmi öhdəlikləri 59 milyon 593 min manat və ya 8.4 faiz azalaraq 646 milyon 565 min manata düşüb. Bu azalmanın əsas səbəbi isə bankın depozit portfelinin ciddi şəkildə azalmasıdır.

Biznesmenlər bankdakı əmanətlərinin 63 milyon 509 min manatını və ya 65.4 faizini geri götürərək 33 milyon 592 min manata endirib. Fiziki şəxslərin depozitləri isə 394 milyon 426 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 229 min manat azdır. Nəticədə bankın depozit portfeli 63 milyon 737 min manat və ya 12.9 faiz azalaraq 428 milyon 19 min manatadək “əriyib”.

  • Əvvəlki

    “Yelo Bank”ın xalis mənfəəti 11 dəfə artıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0