USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Melli İran”ın zərəri 36 milyona yaxın olub

08.05.2023 Problemli Banklar
5 13
“Bank Melli İran”ın Azərbaycandakı filialı 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata əsasən bankın ölkəmizdəki filialı cari ilin ilk rübündə mənfəət əldə edib.

Kommersant.az bankın hesabatına istinadən xəbər verir ki, “Bank Melli İran”ın aktivlər cəmi ötən rübün sonu ilə müqayisədə 5 milyon 732 min manat artaraq 102 milyon 352 min manata yüksəlib. Bu artımın əsas səbəbi bankın digər aktivlərinin ötən ilin sonu ilə müqayisədə 337 min manat artaraq 765 min manata yüksəlməsidir.

Bankın müştərilərinə verdiyi kreditlər 2022-ci ilin sonu ilə müqayisədə 1 milyon 18 min manat azalaraq 8 milyon 448 min manata düşüb.

Bankın depozit portfelinin artması öhdəliklər cəmini 5 milyon 111 min manat artıraraq 64 milyon 445 min manata yüksəldib. Bankın sözügedən portfeli isə 3 milyon 601 min manat artaraqq 12 milyon 505 min manat olub.

Yığılmış zərərini 621 min manat azaldaraq 35 milyon 906 min manata endirdiyi üçün bankın cəmi kapitalı da 621 min manat artaraq 37 milyon 906 min manata yüksəlib.

“Bank Melli İran”ın məcmu kapitalı 992 min manat artaraq 54 milyon 618 min manata çatıb.

Bankın faiz gəliri ötən ilin eyni rübü ilə müqayisədə cari ilin ilk rübündə 13 min manat artaraq 797 min manata yüksəlib. Faiz xərcləri isə 73 min manat azalaraq 19 manata enib. Nəticədə bankın xalis faiz gəliri 797 min manata bərabər olub.

Qeyd edək ki, “Bank Melli İran”ın xalis mənfəəti 7 min manat artaraq 621 min manata çatıb.

Bank Melli İran

2023 (I Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

102.352

96.620

5.732

Kredit

8.448

9.466

-1.018

Cəmi Öhdəliklər

64.445

59.334

5.111

Depozit

12.505

8.904

3.601

Cəmi Kapital

37.906

37.285

621

Yığılmış zərəri

-35.704

-36.325

621

Məcmu kapital

54.618

53.626

992

Bank Melli İran

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Faiz Gəliri

797

784

13

Faiz Xərci

1.9

75

-73.1

Xalis Faiz Gəliri

797

708

89

Xalis Mənfəət

621

614

7

  • Əvvəlki

    Çinin valyuta ehtiyatları yüksəlir

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0