USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank Avrasiya” ehtiyatını mənfiyə endirdi

08.05.2023 Problemli Banklar
10 25
“Bank Avrasiya”nın faiz gəliri ötən ilin birinci rübü ilə müqayisədə 902 min manat artaraq 3 milyon 867 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bankın faiz borcları üzrə yaradılmış məqsədli ehtiyatlarını isə 502 min manat azaldaraq mənfi 153 min manat endirib. Fazi xərclərini ötən ilin eyni rübü ilə müqayisədə 341 min manat artıraraq 796 min manata çatdırıb. Nəticədə bank 3 milyon 224 min manat xalis faiz gəliri əldə edib ki, bu da 2022-ci ilin ilk rübü ilə müqayisədə 1 milyon 65 min manat çoxdur.

Bankın qeyri-faiz gəliri 35 min manat azalaraq 565 min manata düşsə də, qeyri-faiz xərcləri 378 min manat artaraq 1 milyon 783 min manat olub. Buna görə də bankın əldə etdiyi 2 milyon 6 min manatlıq əməliyyat mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 651 min manat çoxdur.

“Bank Avrasiya”nın xalis mənfəəti 792 min manat artaraq 1 milyon 555 min manata yüksəlib.

  • Əvvəlki

    Biznesmenlər “Bank Avrasiya"dan üz döndürüblər

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0