USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank VTB” - ZƏRƏRDƏ

13.10.2023 Problemli Banklar
0 0
“Bank VTB” (Azərbaycan Filialı) 2023-cü ilin üçüncü rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, sözügedən bank mənfəət vergisini ödəməməsinə rəğmən “Bank VTB”nin xalis mənfəəti 8 milyon 643 min manat olub. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 927 min manat azdır.

Kommersant.az bankın maliyyə hesabatına istinadən xəbər verir ki, “Bank VTB”nin cəmi aktivləri 2022-ci ilin sonu ilə müqayisədə 7 milyon 255 min manat azalaraq 231 milyon 238 min manata düşüb. Bu azalmanın əsas səbəbi “Bank VTB”nin banklar və digər maliyyə institutlarına verilən kreditlərinin həcmi 10 milyon 393 min manat azalaraq 13 milyon 508 min manata enməsidir. Buna baxmayaraq, rusların bankının kredit portfeli 24 milyon 485 min manat artaraq 184 milyon 260 min manata yüksəlib. Bu artımda əsas pay verilən biznes kreditlərinin payına düşüb. Belə ki, bankın verdiyi biznes kreditləri ötən ilin son rübü ilə müqayisədə 11 milyon 311 min manat artaraq 61 milyon 497 min manata çatıb. İstehlak kreditləri isə 24 milyon 485 min manat artaraq 184 milyon 260 min manata, ipoteka kreditləri isə 7 milyon 761 min manat artaraq 46 milyon 917 min manata bərabər olub. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 147 min manat artıraraq 23 milyon 208 min manat edən “Bank VTB”nin xalis kreditləri 23 milyon 339 min manat artaraq 161 milyon 52 min manat təşkil edib.

“Bank VTB”nin öhdəliklər cəmi də aktivlər cəmi kimi azalıb. Belə ki, bankın öhdəliklər cəmi ötən ilin sonu ilə müqayisədə 15 milyon 990 min manat və ya 10.10 faiz azalaraq 20 milyon 769 min manata enib. Bu azalmada əsas pay depozit portfelinin üstünə düşüb. Bankın depozit portfeli 23 milyon 12 min manat və ya 24.26 faiz azalaraq 71 milyon 839 min manata enib.

“Bank VTB”-yə pullarını əmanət edən hüquqi və fiziki şəxslər bankdakı vəsaitlərini geri çəkiblər. Fiziki şəxslər bankdakı əmanətlərinin 12 milyon 724 min manatını geri çəkərək depozitlərini 51 milyon 69 min manata endirib. Hüquqi şəxslər isə öz vəsaitlərinin 10 milyon 289 min manatını geri götürərək depozitlərini 20 milyon 769 min manata endiriblər.

Səhmdar kapitalını dəyişdirməyən “Bank VTB” nin cəmi kapitalı 8 milyon 734 min manat artaraq 88 milyon 953 min manata yüksəlib. Buna baxmayaraq rusların bankı yığılmış zərərindən yaxasını qurtara bilmir. Bankın yığılmış zərəri 8 milyon 643 min manat azalaraq 228 milyon 190 min manata düşüb. Bankın ümumi ehtiyatları isə 91 min manat artaraq 1 milyon 328 min manata çatıb.

Qeyd edək ki, “Bank VTB”nin məcmu kapitalı 8 milyon 678 min manat artaraq 82 milyon 272 min manata bərabərləşib.

Bank VTB

2023 (III Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

231,238

238,493

-7,255

Kredit

184,260

159,775

24,485

İstehlak kreditləri

75,846

70,433

5,413

Biznes kreditləri

61,497

50,186

11,311

Daşınmaz əmlak kreditləri

46,917

39,156

7,761

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

23,208

22,061

1,147

Xalis Kreditlər

161,052

137,713

23,339

Cəmi Öhdəliklər

142,285

158,275

-15,990

Depozit

71,839

94,851

-23,012

Fiziki şəxslərin depozitləri

51,069

63,793

-12,724

Hüquqi şəxslərin depozitləri

20,769

31,058

-10,289

Cəmi Kapital

88,953

80,219

8,734

Səhmdar kapitalı

315,815

315,815

0

Yığılmış zərəri

-228,190

-236,833

8,643

Ümumi ehtiyatlar

1,328

1,237

91

Məcmu Kapital

82,272

73,594

8,678

“Bank VTB”nin faiz gəliri 1 milyon 539 min manat artaraq 20 milyon 146 min manata yüksəlib. Bankın faiz xərcləri isə 800 min manat azalaraq 5 milyon 15 min manata düşüb. Nəticədə bankın xalis faiz gəliri 2 milyon 5 min manat artaraq 14 milyon 219 min manat olub. Qeyri faiz gəlirini 5 milyon 433 min manat azaldaraq 5 milyon 462 min manata, qeyri-faiz xərclərini isə 3 milyon 556 min manat azaldaraq 18 milyon 313 min manata endirib. Buna görə də bankın əməliyyat mənfəəti 1 milyon 368 min manat təşkil edib. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatına 7 milyon 274 min manat ayırdığına görə əməliyyat zərəri 5 milyon 906 min manat olub. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 1 milyon 184 min manat və ya 16.7 faiz çoxdur.

Bankın aktivlərinin gəlirliyi (ROA) 0.28 faiz azalaraq 3.73 faizə düşüb. Aktivlərinin gəliri (ROE) isə 2.22 faiz azalaraq 9.71 faizə enib.

Bank VTB

2023 (III Rüb)

2022 (III Rüb)

Fərq

Faiz Gəliri

20,146

18,607

1,539

Faiz Xərci

5,015

5,815

-800

Xalis Faiz Gəliri/Zərəri

14,219

12,214

2,005

Qeyri-Faiz Gəliri

5,462

10,895

-5,433

Qeyri-Faiz Xərci

18,313

21,869

-3,556

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar

7,274

8,330

-1,056

Əməliyyat Zərəri

-5,906

-7,090

1,184

Xalis Mənfəət (Zərər)

8,643

9,570

-927

ROA

3.73%

4.01%

-0.28%

ROE

9.71%

11.93%

-2.22%

  • Əvvəlki

    "Bank VTB"nin gəlirliyi - AZALIB

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0