USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Bank of Baku” ehtiyatlarını azaldıb

16.10.2023 Problemli Banklar
0 0
“Bank of Baku”nun (qısaca - BOB) aktivlər cəmi 115 milyon 298 min manat artaraq 816 milyon 529 min manata yüksəlib.

Kommersant.az xəbər verir ki, bu artımda 56.8 faizi müştərilərə verilən kreditlərin payına düşüb. Belə ki, bankın müştərilərinə verdiyi kreditlər 65 milyon 551 min manat artaraq 643 milyon 85 min manata çatıb. Bu artımda istehlak kreditləri 54 milyon 283 min manat artaraq 452 milyon 386 min manata, biznes kreditləri 3 milyon 85 min manat artaraq 157 milyon 760 min manata, daşınmaz əmlak kreditləri isə 8 milyon 213 min manat artaraq 32 milyon 938 min manata yüksəlib. BOB mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 70 min manat azaldaraq 62 milyon 928 min manata endirib. Nəticədə bankın xalis kreditləri 580 milyon 157 min manat olub ki, bu da ötən ilin sonu ilə müqayisədə 65 milyon 622 min manat çoxdur.

  • Əvvəlki

    Netanyahu ABŞ prezidenti Baydeni İsrailə dəvət edib

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0