USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank of Baku"nun xalis mənfəəti azalıb

16.10.2023 Problemli Banklar
0 0
"Bank of Baku"nun (qısaca - BOB) faiz gəliri 22 milyon 794 min manat artaraq 94 milyon 116 min manata, faiz xərcləri isə 13 milyon 922 min manat artaraq 29 milyon 339 min manata çatıb.

Kommersant.az xəbər verir ki, buna görə də bankın xalis faiz gəliri 64 milyon 776 min manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8 milyon 871 min manat çoxdur.

Qeyri-faiz gəliri 875 min manat artaraq 9 milyon 617 min manata, qeyri-faiz xərcləri isə 11 milyon 913 min manat artaraq 50 milyon 225 min manata bərabərləşib. Nəticədə bank 24 milyon 168 min manat əməliyyat mənfəəti əldə edib. Amma bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatına 9 milyon 383 min manat ayırdığına görə əməliyyat mənfəəti 14 milyon 785 min manata düşüb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 334 min manat çoxdur.

Qeyd edək ki, bank xalis mənfəətini 6 milyon 457 min manat və ya 21 faiz azaldaraq 24 milyon 317 min manata düşüb.

  • Əvvəlki

    “Bank of Baku”nun cəmi kapitalı artıb

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0