USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“ExpressBank”ın kapitalı azalıb - HESABAT

23.01.2024 Problemli Banklar
0 0
“ExpressBank” 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 393 min manat və ya 3.16 faiz azalaraq 12 milyon 15 min manata enib.

Kommersant.az xəbər verir ki, “ExpressBank”ın aktivlər cəmi 2022-ci ilin son rübü ilə müqayisədə 28.21 faiz artaraq 560 milyon 228 min manata yüksəlib. Bu artımda əsas pay bankın müştərilərinə verdiyi kreditlərin artması olub. 1 il ərzində artan cəmi aktivlərdə kredit portfelinin payı 90.99 faiz olub.

İstehlak kreditləri 38 milyon 993 min manat artaraq 198 milyon 362 min manata, biznes kreditləri 17 milyon 548 min manata artaraq 113 milyon 393 min manata, ipoteka kreditləri isə 64 milyon 628 min manat artaraq 106 milyon 498 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlərin həcmi 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 37.75 faiz və ya 112 milyon 169 min manat artaraq 409 milyon 253 min manata çatıb. Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 457 min manat azaltdığı üçün “ExpressBank”ın xalis kreditləri 404 milyon 254 min manat təşkil edib ki, bu da 2022-ci ilin yekunu ilə müqayisədə 112 milyon 626 min manat çoxdur.

“ExpressBank”ın hüquqi şəxslərdən topladığı əmanətlərin artması bankın depozit portfelinə müsbət təsir göstərib.

Bankın fiziki şəxslərə verdiyi əmanətlər 897 min manat artaraq 152 milyon 135 min manat,

ExpressBank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

560.228

436.956

123.272

Kredit

409.253

297.084

112.169

İstehlak kreditləri

198.362

159.369

38.993

Biznes kreditləri

113.393

95.845

17.548

Daşınmaz əmlak kreditləri

106.498

41.870

64.628

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

4.999

5.456

-457

Xalis Kreditlər

404.254

291.628

112.626

Cəmi Öhdəliklər

430.320

307.821

122.499

Depozit

230.411

193.107

37.304

Fiziki şəxslərin depozitləri

152.135

151.238

897

Hüquqi şəxslərin depozitləri

78.276

41.870

36.406

Cəmi Kapital

129.908

129.135

773

Səhmdar kapitalı

112.545

112.545

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

12.015

12.409

-394

Ümumi ehtiyatlar

5.348

4.181

1.167

“ExpressBank”ın faiz gəliri 2022-ci ilin son rübü ilə müqayisədə 9 milyon 413 min manat artaraq 57 milyon 670 min manata, faiz xərcləri isə 5 milyon 214 min manat artaraq 15 milyon 516 min manata yüksəlib. Buna görə də bankın xalis faiz gəliri 4 milyon 199 min manat artaraq 42 milyon 154 min manata bərabərləşib.

Qeyri-faiz gəliri 521 min manat artaraq 18 milyon 960 min manata, qeyri-faiz xərcləri isə 2 milyon 190 min manat artaraq 42 milyon 571 min manata yüksəlib. Nəticədə “ExpressBank” 18 milyon 543 min manat əməliyyat mənfəəti əldə edib ki, bu da 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 2 milyon 530 min manat çoxdur.

Bankın əldə etdiyi xalis mənfəət 3.16 faiz və ya 393 min manat azalaraq 12 milyon 15 min manata düşüb.

Qeyd edək ki, “ExpressBank”ın məcmu kapitalı 5 milyon 35 min manat əriyərək 127 milyon 825 min manata düşüb.

ExpressBank

2023 (IV Rüb)

2022 (IV Rüb)

Fərq

Faiz Gəliri

57.670

48.257

9.413

Faiz Xərci

15.516

10.302

5.214

Xalis Faiz Gəliri/Zərəri

42.154

37.955

4.199

Qeyri-Faiz Gəliri

18.960

18.439

521

Qeyri-Faiz Xərci

42.571

40.381

2.190

Əməliyyat Mənfəəti (Zərəri)

18.543

16.013

2.530

Xalis Mənfəət (Zərər)

12.015

12.408

-393

Məcmu Kapital

127.825

132.860

-5.035

  • Əvvəlki

    Bitcoin-də ETF küləyi bitdi?

Digər xəbərlər

29.01.2024 Problemli Banklar
ASB 2023-cü ili belə yola verib - HESABAT
0 0
29.01.2024 Problemli Banklar
Müştərilə ASB-dən pullarını - GERİ ÇƏKİR
0 0