"Unibank" 8 filialını bağlayıb

18.09.2018 Problemli Banklar
"Unibank" KB-da müştərilərə verilən kreditlərin həcmi 2 dəfədən çox azalıb.

“Kommersant.az” xəbər verir ki, “Unibank” KB 2015-ci ildən hazırki dövrə qədər 8 filialını bağlayaraq 2018-ci ildə filiallarının sayı 31-ə (Bankın 2015-ci ildə 39 filialı fəaliyyət göstərib) endirib.

Bankın kredit portfelində kəskin azalma

“Unibank”ın 2015-ci ilin ikinci rübü ilə 2018-ci ilin ikinci rübünü müqayisə etdikdə, kredit portfelinin 400 milyon manata yaxın azaldığını müşahidə etmək olar. Belə ki, sözügedən bank 2015-ci ilin birinci yarısında müştərilərinə 731 milyon 464 min manat kredit verdiyi halda, 2018-ci ilin eyni dövründə bu rəqəm 331 milyon 650 min manat olub.

Bankın kredit portfelinin azalmasının səbəbi nədir?

Bankın kredit portfelinin azalmasının səbəbi problemli kreditlərin həcminin kəskin artmasıdır. Belə ki, bunun 2 səbəbi var.

1. Azərbaycanda devalvasiyanın baş verməsi (Xarici valyuta ilə olan kreditlərin yığımında kəskin problem yaşanması)

2. Kredit kartları (Albalı Kart)

  • Əvvəlki

    Valyuta hərracı başa çatıb - MƏZƏNNƏ

Digər xəbərlər

27.01.2023 Problemli Banklar
"Naxçıvan Bank" çətin imtahanda - HESABAT
1 0
27.01.2023 Problemli Banklar
"AFB Bank" da müştərilərini itirib - HESABAT
1 0
23.01.2023 Problemli Banklar
“Rabitəbank”ın aktivləri - AZALIB
13 3
23.01.2023 Problemli Banklar
"Google" şirkəti “Bank BTB”-ə "3 verdi"
15 2
23.01.2023 Problemli Banklar
“AFB Bank” sabiq səhmdarını məhkəməyə verdi
12 3