USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azər Türk Bankdan kart müştəriləri üçün yeni cashback saytı

28.06.2022 Sərfəli Banklar
0 0
Dövlət bankı Azər Türk Bank özünün internet səhifəsində yeni cashback saytını müştərilərinin istifadəsinə vermişdir.

Belə ki, Banka aid kartların sahibləri bu sayt vasitəsilə Bankın partnyorları olan müxtəlif ticarət və xidmət müəssisələrinin nağdsız ödənişlər üzrə cashbak məbləğləri ilə tanış ola biləcəklər.

Həmçinin Bankla bu istiqamətdə əməkdaşlıq etmək istəyən şirkətlərin sayta daxil olmaqla onlayn müraciətgöndərmələri kifayətdir.

Qeyd edək ki, atb kartları ilə ödənişlər zamanı 3%-dək, Bankla partnyor müəssisələrdən 30%-dək cashback əldə etmək mümkündür.

Bankdan verilən məlumata görə, təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-də karta mədaxil olunacaq.

Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.