Palata sədri: "Divident ödənişləri azdır"

22.05.2018 Hesabat
"2017-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərində 15 mədaxil mənbəyi üzrə proqnoza tam icra olunub.

"Kommersant.Az" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib. O bildirib ki, ötən il 7 mədaxil mənbəyi üzrə isə proqnoza əməl edilməyib.

Hesablama Palatasının rəhbəri əlavə edib ki, ötən il büdcə gəlirlərinin 46,8%-i ilin I yarısında təmin olunub. V.Gülməmmədov gəlirlər üzrə icra səviyyəsini də açıqlayıb: "Gəlirlər üzrə ən yüksək icra göstəricisi yol vergisi üzrə (151%), ən aşağı icra göstəricisi isə səhmləri dövlətə məxsus olan müəssisələr üzrə (42,9%) qeydə alınıb. Divident ödənişlərinin az olması büdcə ilə bağlı vergi siyasətinin sərtləşdirilməsini tələb edir.