Qarabağ Azərbaycandır!

Banklar Assosiasiyasında “ƏDV Geri Al” ilə bağlı müzakirə

19.02.2021 İqtisadiyyat
Onlayn görüş zamanı digər bankların “ƏDV Geri Al” layihəsinə qoşulması mövzusunda müzakirələr və zəruri məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

"Kommersant.az" xəbər verir ki, “ƏDV Geri Al” layihəsinə qoşulması mövzusunda müzakirələr və zəruri məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb

Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası (ABA) 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. ABA-nın əsas məqsədi üzv-təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdən ibarətdir. Hazırda 25 bank və 4 qeyri-bank təşkilatı ABA-nın üzvüdür.