USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Yumurta satan bəzi sahibkarlar əhalini aldadırlar - RƏSMİ

13.03.2019 İqtisadiyyat
0 0
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ölkədə qida təhlükəsizliyinin təmin edilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində mütəmadi monitorinqlər aparılır.

"Kommersant.az" xəbər verir ki, AQTA-dan verilən məlumata görə, aparılan monitorinqlər zamanı bəzi sahibkarların idxal olunan və ölkədə istehsal olunan yumurtaların qutuları üzərindəki istehsal tarixlərini dəyişdirməsi halları aşkar olunub.

Eyni zamanda məlum olub ki, bəzi sahibkarlar xaricdən idxal olunan yumurtaları yerli müəssisələrin qutularına yerləşdirilərək "yerli yumurta" adı altında satışa çıxarır. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.

Agentlik bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin diqqətinə çatdırır ki, bu kimi qanunazidd əməllər yolverilməzdir və belə şəxslər haqqında qanunvericilik çərçivəsində ən sərt tərbirlər həyata keçiriləcək.

Vətəndaşlardan satış şəbəkələrində belə hallarla rastlaşdıqda konkret faktlarla Agentliyin "1003" Çağrı Mərkəzinə zəng edib məlumat vermələri xahiş olunur.

  • Əvvəlki

    Bank VTB (Azərbaycan) ASC Kassa avadanlığlarının alınması ilə əlaqədar - AÇIQ TENDER ELAN EDİR

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Dünya birjalarında neft neçəyə satılır?
0 0
28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0