USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Xaçmaz və Ağsuda qaz verilişində fasilələr yaranıb

25.09.2019 Sosial
0 0
Xaçmaz və Ağsu rayonlarının bəzi ərazilərində qaz təchizatı dayandırılıb.

“Azəriqaz” İB-dən verilən məlumata görə, sentyabrın 25-də səhər saat 09:00-dan etibarən aşkar olunmuş qaz sızmalarının ləğv edilməsi ilə bağlı Xaçmaz şəhərində bir qrup abonentin qaz verilişində fasilələr yaranıb.

Zəlzələdən sonra tikintisi başa çatdırılmış evlərin qaz sayğaclarının qaz şəbəkəsinə birləşdirilməsi işlərinin icrası ilə bağlı Ağsu rayonunun bir neçə yaşayış məntəqəsində də qaz təchizatı dayandırılıb.