USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

TƏBİB-dən sərtləşdirilmiş karantin rejimi ilə bağlı - AÇIQLAMA

18.07.2020 İqtisadiyyat
0 0
“Deyirlər ki, fikirlər tez-tez dəyişir, bir cür rejim idi, sonra fərqli bir rejimə keçir. Əslində, bu, olduqca normal bir şeydir. Çünki biz indiki vəziyyəti nəzərə alaraq, ikinci, üçüncü, dördüncü, gələcək addımlarımızın hamısını qiymətləndirir və nə edəcəyimizi planlaşdırırıq”.

"Kommersant.az"-ın xəbərinə görə, bu sözləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) departament rəhbəri Firəngiz Əliyeva "Real intervyu"da qonaq olarkən deyib.

"Biz özümüzü hər şeyə hazırlayırıq. Qıraqdan o daha asan görünmüş ola bilər ki, bu gün belə düşündülər, sabah fərqli düşündülər, amma elə deyil. Biz hansı dövrdə nə cür addım atacağımızı bilirik. Dövlətimizin bu istiqamətdə hazırlanmış planı var və bu plan üzrə də işlər gedir, addımlar atılır. Bugünkü gündə düşünülmədən və yaxud xaotik hansısa bir hərəkətlər qətiyyən yoxdur", - deyə F.Əliyeva əlavə edib.

  • Əvvəlki

    Kafe və restoranların fəaliyyəti nə vaxt bərpa ediləcək? - AÇIQLAMA

Digər xəbərlər