USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əməkhaqqı artdı, 924 manat oldu

03.02.2021 Sosial
0 0
Bakıda muzdla işləyənlərin əməkhaqları artıb.

Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqında artım müşahidə olunub.

Belə ki, bu dövrdə 2019-cu ilin müvafiq dövrünə nisbətən əməkhaqları 8,1 faiz artaraq, 924,4 manat təşkil edib.