USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Möhsün Səlim məscidinin “Azəriqaz”a 600 min borcu var

04.06.2021 Sosial
0 0
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən Möhsün Səlim məscidinə 592 min 412 manat təbii qazdan istifadəyə görə borcun yazılmasına dair mətbuat səhifələrində məlumatlar dərc olunmaqdadır.

"Azəriqaz” İB-dən verilən məlumata görə, borc qurum fəaliyyət göstərdiyi 2009-cu ildən öncəki dövrü əhatə edir:

"Borcun böyük məbləğdə olmasına baxmayaraq, məscidin qaz təchizatı heç bir vaxt dayandırılmayıb. Təbii qazın alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar "Azəriqaz” İstehsalat Birliyinin Bakı Regional Qazın Satışı Departamentinə müraciət olunub, lakin məscidin müvafiq qurumda qeydiyyatının olmaması və müqaviləni fiziki şəxsin adına bağlamaq istəyi kimi səbəblərdən bu, mümkün olmayıb”.