USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şənbə Bakıda ictimai nəqliyyat işləyəcək - ŞAD XƏBƏR

07.06.2021 Sosial
0 0
Futbol üzrə Avropa çempionatının iyunun 12-də Bakıda keçiriləcək oyunu ilə əlaqədar həmin gün Azərbaycan paytaxtında ictimai nəqliyyat - sərnişin avtobusları və metro işləyəcək.

"Kommersant.az" xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin qərarında bildirilir.

Qərarda həmçinin deyilir ki, 13 iyun saat 00:00-dan 14 iyun- saat 06:00-a qədər ictimai nəqliyyatda, o cümlədən "Bakı Metropoliteni" QSC-də sərnişindaşıma fəaliyyəti dayandırılır.