USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin lider karqo şirkəti satılır

23.06.2021 Sosial
0 0
70% payı olan "Turkven" şirkəti və 30% paya sahib olan Sancak ailəsi "MNG Kargo" şirkətinin satışına start veriblər.

"Kommersant.az" xəbər verir ki, özəl sərmayə şirkəti "Turkven" və Sancak ailəsi məsləhə şirkətilə müqavilə imzalayaraq "MNG Kargo"ya beynəlxalq şirkətlər tərəfindən göstərilən satınalma marağını qiymətləndirmək istəyirlər. Məlumata görə, doğru qiymət verilməməsi vəziyyətində satış baş tutmaya bilər.

2003-cü ildə "MNG Holdinq" tərəfindən qurulan, 2017-ci ildə "Turkven" və iş adamı Haydar Sancakın ailəsi tərəfindən sərmayə yatırılan "MNG Kargo"da "Turkven" şirkətinin 70%, Sancak ailəsinin 30% payı var.