USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib

15.07.2021 Sosial
0 0
Paytaxtın marşrut şəbəkəsində istismarda olan avtobusların 58%-i nağdsız ödəniş sisteminə inteqrasiya edilib.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Hazırda gündəlik olaraq 780 min nəfərə yaxın sərnişinin (ümumi sərnişinlərin 42%) nağdsız ödəmə sisteminin xidmətlərindən istifadə edir.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.