USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıdan Naxçıvana uçan təyyarə geri qayıtmalı olub - TƏFƏRRÜAT

16.05.2022 Sosial
0 0
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan beynəlxalq hava limanındakı tufanla əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna geri qayıtmağa qərar verib.

Bu barədə AZAL-dan məlumat verilib.

Təyyarə saat 08:37-də Bakı hava limanında eniş edib.

Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.