USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Polis metrostansiyalarda vətəndaşları niyə yoxlayır? - RƏSMİ AÇIQLAMA

01.07.2022 Sosial
0 0
Bakının metrostansiyalarında DİN əməkdaşları tərəfindən seçmə şəkildə sərnişinlərdən şəxsiyyət vəsiqəsi tələb olunur. Onların COVİD-19-a yoluxub-yoluxmamaları yoxlanılır.

Bu barədə vətəndaşların müraciəti daxil olub. Bildirilir ki, polis əməkdaşları bunun daxili göstəriş olduğunu deyirlər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Pravda.az-ın sorğusuna cavab olaraq bildirdi ki, nəzarət profilaktik qaydada ərazidə aktiv COVİD-19 xəstəsi olması ilə bağlı daxil olan məlumat əsasında seçmə üsulla yoxlamalar aparılır. Burada hansısa xüsusi bir prosedur, qayda yoxdur.