USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Daha bir ölkə Qod Nisanova sanksiya tətbiq edib

01.07.2022 İqtisadiyyat
0 0
Azərbaycan əsilli iş adamı Qod Nisanov daha bir ölkənin sanksiya siyahısına daxil edilib.

Avstraliya Qod Nisanov və daha 15 Rusiya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Xatırladaq ki, iyunun 2-si ABŞ administrasiyası Rusiya Prezidenti Vladimir Putinə yaxın rus elitasına, onların yaxta və təyyarələrinə qarşı yeni sanksiyalar elan edib. Sanksiya tətbiq edilən şəxslər arasında Qod Nisanov da var idi.