USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Niyə məktəblərdə dərsliklər çatışmır? - AÇIQLAMA

22.09.2022 Sosial
0 0
Azərbaycanda yeni tədris ilinin başlanması ilə problemlər də özünü büruzə verməyə başlayıb.

"Kommersant.az"ın məlumatına görə, Bakı və regionlarda fəaliyyət göstərən məktəblərdə müəllimlər bəzi dərs vəsaitlərində çatışmazlıq yarandığını bildirirlər.

Məsələ barədə Elm və Təhsil Nazirliyi ilə əlaqə saxladıq.

Qurumdan sorğusuna cavab olaraq bildirilib ki, dövlət və bələdiyyə ümumi təhsil müəssisələri nazirlik tərəfindən nəşr edilən kağız dərsliklər, dərs vəsaitləri və digər tədris-metodik vasitələrlə yerli təhsili idarəetmə orqanları tərəfindən təqdim olunan tələbat əsasında təmin edilirlər:

“Mütəmadi olaraq dərsliklərin çatışmazlığı və bu kimi hallara dair edilmiş müraciətlər regional təhsil idarələri tərəfindən araşdırılaraq aradan qaldırılır”.