USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nazirlik: Şuşa, Ağdam və Cəbrayılda tikilən məktəblər yaxın vaxtlarda istifadəyə veriləcək

27.09.2022 Sosial
1 0
“İşğaldan azad edilən ərazilərimizdə yeni məktəblər tikilir”.

Bunu təhsil nazirinin müavini Firudin Qurbanov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Zəngilanda inşa edilən məktəbdə artıq ilk tədris ilinə başlanıldı:

“Yaxın vaxtlarda Şuşada, Ağdamda, Cəbrayılda da tikilən yeni məktəb binaları istifadəyə veriləcək”.

O qeyd edib ki, 600-ə yaxın abidə, mədəniyyət ocağı, 1000-ə yaxın təhsil müəssisəsi dağıdılıb:

“Bu istiqamətdə və təhsil sahəsində yeni layihələr həyata keçirilir. Bu günləri bizə qismət edən şanlı ordumuz və ordumuzun şəhid olan mənsublarıdır. Allah şəhidlərə rəhmət eləsin”.