Sərnişinlərdən ödəniş yığan avtobus sürücüləri cəzalandırılacaq - AGENTLİKDƏN AÇIQLAMA

04.07.2018 Sosial
Qısa müddətdə baş verənlərlə bağlı araşdırmaya başlanılacaq.

Xəbər verdiyimiz kimi Bakı Nəqliyyat Agentliyi (BNA) bütün avtobuslara göstəriş verib ki, bu gün heç kimdən pul alınmasın.

Lakin “Kommersant”ın xüsusi çəkiliş qrupunun paytaxtda apardığı kiçik izləmə bəzi sürücülərin göstərişə əməl etmədiyini ortaya çıxarıb. Belə ki, çəkiliş zamanı ciblərinə “ianə” yığan bəzi avtobus sürücüləri əməkdaşımızı görən kimi sərnişinlərdən pul almağı dayandırıb.

Məsələyə münasibət bildirən Bakı Nəqliyyat Agentliyinin sözçüsü Mais Ağayev xüsusi araşdırma aparılacağını bildirib:

“Dediyiniz vəziyyətlə bağlı müxtəlif xəbər portallarında informasiyalar gedib. Bu haqda məlumatlıyıq. Qısa müddətdə baş verənlərlə bağlı araşdırmaya başlanılacaq”.

Videoya buradan baxın: Bu gün bütün avtobuslar pulsuzdurmu? - VİDEO FAKT