Fövqəladə Hallar Nazirliyinin Akademiyasına yeni rəis müavini təyin edilib.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə polkovnik Kazımov Kazım Tahir oğlu Akademiya rəisinin müavini təyin olunub.
O, bu təyinatdan əvvəl akademiyanın “Yanğın, xüsusi hazırlıq və ixtisas fənləri” kafedrasının rəisi vəzifəsində çalışırdı.
Qeyd edək ki, texnika üzrə fəlsəfə doktoru olan Kazım Kazımov 1982-ci ildə Bakı şəhərində anadan olub.
O, 2008-ci ildə Ukrayna Mülki Müdafiə Universitetini bitirib. Ailəlidir, 3 övladı var.
Xatırladaq ki, ötən ay Akademiyanın rəis müavini, polkovnik Babaşov İlham Balasəlim oğlu vəzifəsindən azad olunub.