USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakının bu ünvanında söküntü başlayıb

21.11.2022 Sosial
0 0
Nəsimi rayonunun “Papanin” kimi tanınan ərazisində söküntü işlərinə başlanılıb.Söküntü işləri əsasən həyət evləri üzərində aparılır.

Həyət evlərinin söküntüsü başa çatdıqdan sonra ərazidə hündürmərtəbəli binalar inşa ediləcək. Artıq əksər sakinlər tikinti şirkəti ilə razılığa gələrək müqavilə bağlayıblar.
Sakinlər iki il müddətinə kirayə haqqı və sökülən evlərinin yerində inşa olunacaq hündürmərtəbəli binadan mənzillərlə təmin olunacaqlar.