USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyədə baş verən zəlzələnin Azərbaycana təsiri varmı?

23.11.2022 Sosial
0 0
“Türkiyədə baş verən zəlzələnin Azərbaycana heç bir təsiri yoxdur”.

Bunu açıqlamasında Respublika Seysmoloji Xidmət Mərkəzinin rəhbəri Qurban Yetirmişli deyib.

“Zəlzələ qeydə alınan yer tamam başqa regiondur. Orada gedən tektonik proseslərin, dərinlik qırılmalarının Azərbaycanla ümumiyyətlə bağlılığı yoxdur. Əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur”, - deyə o bildirib.

Qeyd edək ki, çərşənbə günü səhər İstanbul yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Düzce vilayətində olub, ocağı 6,8 km dərinlikdə yerləşib. Zəlzələ nəticəsində 46 nəfərin yaralandığı bildirilir.