USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Çox işləməyin səbəb olduğu - 6 TƏHLÜKƏLİ HAL

03.08.2018 İqtisadiyyat
0 0
Bu günün iqtisadi şəraitində daha çox pul qazanmaq üçün əlimizdən gələni edirik. Şəxsi biznesimizdə və ya hər hansı şirkətdə bir həftə ərzində 50-60 və bəzən hətta 70-80 saat işləyirik. Lakin, araşdırmalar göstərir ki, həftə ərzində 40 saatdan çox işləmək düşünüldüyü kimi məhsuldar nəticə vermir. Yəni, ideal məhsuldarlıq üçün bir həftədə 40 saat işləmək kifayətdir.

Məqalədə həftə ərzində 40 saatdan artıq işləməyin yol açdığı bəzi risklərdən bəhs edəcəyik.

1. Məhsuldarlığın azalması

Avtomobil nəhəngi "Ford" 1990 – cı ildə 40 saatlıq işləməkdən əlavə 20 saat da işləməyi tövsiyyə edən bir sistem tətbiq etdi. Lakin, həftə ərzində 60 saatlıq iş proqramı təkcə bir neçə həftə müsbət nəticə verdi, daha sonrakı həftələrdə isə işçilərin məhsuldarlığı kəskin dərəcədə azaldı.

Əgər həftə ərzində 40 saatdan çox işləsəniz zehni yorğunluq yaşaya və bir müddət sonra əldən düşə bilərsiniz. Zehni yorğunluğun keçməsi isə fiziki yorğunluğa nəzərən daha uzun müddət tələb edilir və qalıcı fəsadlara səbəb ola bilir. Həmçinin həddindən artıq işləmək vacib işlərə kifayət qədər diqqət göstərməyinizə mane ola bilər.

2. Həddindən artıq yorğunluq

Uzun müddət bir həftə ərzində 40-50 saatdan çox işləsəniz xroniki yorğunluqdan əziyyət çəkəcəksiniz. Yuxusuzluq ya da gün ərzində yuxulu olmaq, diqqətini cəmləmək problemi, əsəbilik və immunitet sisteminin zəifləməsinə səbəb olan xroniki yorğunluq məhsuldarlığı ən böyük düşmənlərindən biridir.

3. İş təhlükəsizliyi problemləri

Həddindən artıq yorğun olduğunuz zaman can və mal təhlükəsizliyiniz də risk altına düşür. İş qəzası, avtomobil qəzası, yaralanma kimi hallar daha çox müşahidə olunur. Bununla yanaşı işdə verəcəyiniz qərarlar da məntiqsiz nəticələr verə bilər ki, bu da sizin iş və maliyyə vəziyyətinizə mənfi təsir göstərə bilər.

4. Sosial həyatın olmaması

Həftədə 60 saat işləsəniz özünüzə məxsus sosial həyatınız olmaya bilər. Ailənizlə, dostlarınızla və hobbilərinizlə məşğul olacaq vaxtınızın olmaması sosial həyatınıza zərbə vurur, sizi təhnalaşdırır və psixoloji cəhətdən depresiya yaşamağınıza səbəb ola bilər. Sosial həyatı qaydasında olmayan və insanlarla ünsiyyət qurmaqda çətinlik çəkən insanların iş yerində məhsuldar olması demək olar ki imkansızdır.

5. İnfarkt riski

London Universiteti tərəfindən aparılan araşdırmaya görə, son illərdə uzun müddət işləyən insanların infarkt keçirmə və iflic qalma ehtimalı 67% artmışdır. "Medical Research Council" – dən Prof.Dr.Stefan Holqeyt araşdırma haqqında bu fikirləri bildirir: "Çox işləməkdən heç kəs ölməyib" anlayışını bu araşdırmadan sonra yenidən düşünməli olacağıq."

6. Artıq çəki problemi

Merilend Universitetinin Tibb Fakültəsində aparılan bir araşdırmaya görə, həddindən artıq işləmək köklüyə səbəb olan amillərdən biridir. Nicole AU mövzu haqqında belə deyir:

"Uzun işləmə saatları ev yeməyi hazırlama və yemə ehtimalını azaldır, yuxusuzluğa yol açır və idmanla məşğul olmağı çətinləşdirir. Bütün bunlar isə artıq çəki probleminin əsas səbəbləridir."

Yekun olaraq deyə bilərik ki, həftə ərzində 4z0 saat işləyərək məhsuldarlığı artırmağın ən yaxşı üsulu günün ən məhsuldar olduğunuz vaxtını müəyyənləşdirmək və ən vacib işləri də məhz bu zaman dilimində həll etməkdir. Düzgün qidalanmağa, idmanla məşğul olmağa, yuxu rejiminə və ailənizlə vaxt keçirməyə də diqqət yetirməlisiniz. Beləliklə həm orqanizminiz həm də ruhunuz sağlam olar.

(c) Banco

  • Əvvəlki

    Banklarda dolların alış və satış - QİYMƏTLƏRİ

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
ABŞ Türkiyəni dolları ilə əzir
0 0
15.04.2024 İqtisadiyyat
Azərbacanda dollar bahalaşa bilər?
0 0