USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Arsenal" "Neftçi" oyunu albaniyalılara tapşırılıb

20.07.2019 İdman
0 0
UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Arsenal” (Tula, Rusiya) – "Neftçi” matçının təyinatları açıqlanıb.

"Kommersant.az" xəbər verir ki, oyun Albaniyadan olan hakimlər briqadasına tapşırılıb. Baş hakim Enea Yorqyi olacaq. Ona Ridiger Çokay və İlir Tartaray kömək edəcəklər. Dördüncü hakim funksiyasını Klaydi Kola yerinə yetirəcək. UEFA nümayəndəsi Sergey İliç (Belarus), hakim-inspektor isə Pavel Saliy (Qazaxıstan) olacaq.

Qeyd edək ki, iyulun 25-də "Arsenal” mərkəzi stadionunda keçiriləcək "Arsenal” – "Neftçi” oyunu Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.