USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən hündür binasının memarı vəfat etdi

20.07.2019 Dünya
0 0
Argentinalı məşhur memar Sezar Pelli 92 yaşında vəfat edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə S.Pellinin doğulub-böyüdüyü Tukuman əyalətinin qubernatoru məlumat verib.

Qeyd edək ki, S.Pelli Malayziyanın paytaxtı Kuala Lumpurda yerləşən Petronas Qüllələrinin memarıdır. 1998-ci ildə inşa edilən tikili 6 il ərzində dünyanın ən hündür binası statusunu özündə saxlayıb. Memarın digər məşhur işləri Yaponiyanın Osaka şəhərindəki Milli İncəsənət Muzeyi, Londondakı "One Canada Square" binası, Nyu Yorkdakı Dünya Maliyyə Mərkəzi, Honkonqdakı Beynəlxalq Maliyyə Mərkəzinin binasıdır. (Qaynarinfo)