USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qarabağ"ın istədiyi daha bir futbolçunun adı və qiyməti açıqlandı

22.07.2019 İdman
0 0
"Qarabağ"ın transfer siyahısında olan daha bir futbolçunun kimliyinə aydınlıq gəlib.

"Kommersant.az" xəbər verir ki, Argentina mətbuatı "Uraqan"ın hücumçusu Lukas Qambanın da "Qarabağ"ın transfer siyahısında olduğunu yazıb.

Qambanın 32 yaşı var. O, 2018/19 mövsümündə Argentina yüksək liqasında 24 oyuna 6 qol vurub. Məlumata görə "Qarabağ" rəsmi şəkildə bu futbolçuya müraciət etməsə də menecerlər vasitəsilə təmas qurulub. Komanda ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı halda sözügedən argentinalı transfer edilə bilər.

Lukasın qiyməti də açıqlanıb. Belə ki, "Qarabağ" bu futbolçunu əldə etmək istəsə 2 milyon 100 min dollarından keçməli olacaq.

"Osmanlıspor"dan Maqaye Qeyenin transferindən sonra baş məşqçi Qurban Qurbanov avrokuboklarda qrup mərhələsinə kimi əlavə hücumçu almamaq qərarı verib. Komanda ÇL-də qrupa düşərsə, bu halda transfer siyasətində hansısa yeniliklər ola bilər. Bununla belə, klub qapıçı və orta mövqeyə daha bir yarımüdafiəçi almaq fikrindədi. (Sport7.az)