USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Qarabağ" klubu mövsümün hazırlıqlarına start verib

12.06.2018 İdman
0 0
"Qarabağ" klubu 2018/2019-cu illər mövsümünün hazırlıqlarına start verib.

"Kommersant"ın verdiyi məlumata görə, kollektiv günorta saatlarında klubun bazasında bir araya gəlib.

Futbolçular günü axşam məşqi ilə başa vurub. Ağdam təmsilçisinin yeni transferi Filip Ozobiç də komanda ilə ilk məşqinə çıxıb.

Qeyd edək ki, milli komandanın heyətində yer alan futbolçular növbəti günlərdə hazırlığa qoşulacaq.