USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən dəyərli futbol klubu məlum oldu

13.06.2018 İdman
0 0
"Forbes" jurnalının 2016-2017 mövsümü üzrə gəlirləri nəzərə alaraq apardığı araşdırmaya görə, 12%-lik artımla 4,12 milyard dollar bazar dəyərinə çatan "Manchester United" ən dəyərli klubdur.

"Kommersant" xəbər verir ki, "Manchester United"ın ardınca, 4,08 milyard dollar dəyərə malik İspaniyanın "Real Madrid" klubu gəlir. Digər bir İspaniya klubu "Barcelona" isə 4,06 milyard dollar dəyərlə üçüncü yeri tutub.

Ən dəyərli 10 futbol klubu:

Manchester United İngiltərə 4,12 milyard

Real Madrid İspaniya 4,08 milyard

Barcelona İspaniya 4,06 milyard

Bayern Münih Almaniya 3,06 milyard

Manchester City İngiltərə 2,47 milyard

Arsenal İngiltərə 2,23 milyard

Chelsea İngiltərə 2,06 milyard

Liverpool İngiltərə 1,94 milyard

Juventus İtaliya 1,47 milyard

Tottenham İngiltərə 1,23 milyard