USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

SOCAR ölkələr üzrə nə qədər qazanır?

04.06.2019 İqtisadiyyat
0 0
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2018-cı ildə İsveçrədəki aktivindən gəlirləri əvvəlki ilə nisbətən 20% artaraq 94,503 mlrd. manat təşkil edib.

"Kommersant.az" xəbər verir ki, bu barədə şirkətin 2018-cı il üzrə konsolidasiya edilmiş maliyyə hesabatında qeyd olunub.

SOCAR-ın Azərbaycandakı gəlirləri 23% artaraq 6,626 mlrd. manat, Türkiyədə 0,95% artaraq 4,972 mlrd. manat, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) 77,6% artaraq 2,352 mlrd. manat, Gürcüstanda 5,1% azalaraq 1,124 mlrd. manat, digər ölkələrdəki gəlirləri isə 44,5% artaraq 1,621 mln. manat təşkil edib.

Qeyd edək ki, 2018-cı ildə SOCAR-ın məcmu gəlirləri 20% artaraq 111,198 mlrd. manat olub.

  • Əvvəlki

    Fermerlərə xoş xəbər - Aqrar sığorta könüllü olacaq

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0