USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BNA məsləhət almaq üçün 2 aylıq şirkətə 2,1 milyon manat ödəyəcək

06.07.2020 Tender
0 0
Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən keçirilən tender müsabiqəsinin qalibi "Alpina Parking Consulting” MMC olub.

"Kommersant.az" xəbər verir ki, “Alpina Parking Consulting” MMC BNA-nın sifarişi əsasında Bakı şəhərinin inzibati ərazisində yerləşən yoldan kənar parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidmətini həyata keçirəcək.

Qeyd olunan xidmətlərin həyata keçirilməsi üçün BNA “Alpina Parking Consulting” MMC-yə 2 milyon 124 min manat ödəyəcək.

Məlumat üçün bildirək ki, “Alpina Parking Consulting” MMC cəmi 4 ay əvvəl – 14.02.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. BNA-nın tender elanı aprel ayının əvvəlində elan olunub. Bu isə o deməkdir ki, tenderin qalibi olan MMC tender elanının verilməsindən cəmi ay yarım əvvəl yaranıb.

Onu da bildirək ki, “Alpina Parking Consulting” MMC barədə açıq internet resurslarda heç bir məlumata rast gəlmək mümkün deyil. Cəmi ay yarım əvvəl yaranan və 2,1 milyon manatlıq tenderin qalibi olan MMC Bakı şəhəri, Nəsimi rayonu, Eldar Tağızadə küçəsi, ev 18A ünvanında qeydiyyatdadır. MMC-nin qanuni təmsilçisi Əhmədzadə Sənan Rafiq oğludur.Yeniavaz

  • Əvvəlki

    Diqqət: Sabah 39 dərəcə isti olacaq

Digər xəbərlər

31.08.2023 Tender
Azərsu tender elan etdi
0 0
04.08.2023 Tender
Bu agentlik tender elan etdi
5 1
03.08.2023 Tender
İcra Hakimiyyəti tender elan etdi
11 11
01.08.2023 Tender
FHN tender elan edib
15 29
24.07.2023 Tender
Mərkəzi Bank tender elan edib
29 21