USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakıda daha iki marşrut xətti birləşdirilib

09.09.2019 İqtisadiyyat
0 0
Bakı Nəqliyyat Agentliyindən EkoNews-a bildirilib ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri birləşdirilərək bir nömrə (186 nömrə) altında təşkil edilməsinə qərar verilib.

11.09.2019 tarixindən xətt üzrə sərnişindaşıma fəaliyyəti əsaslı təmir olunan nisbətən iritutumlu avtobuslarla həyata keçiriləcək.

Məlumatda qeyd olunub ki, xətlərin birləşdirilməsi ilə Albalılıq yaşayış massivinin sakinlərinin Bakıxanov qəsəbəsi, Neftçilər m/st. və 8-ci km bazarı istiqamətinə gediş - gəliş rahatlaşacaq, marşrut sayının optimallaşdırılması ilə Zabrat yolu və digər ərazilərdə yaranan nəqliyyat sıxlığı azalacaq, 168 və 186 nömrəli marşrutların bir-birini 24.5 km təkrarlaması aradan qaldırılacaq, marşrutun fəaliyyətində idarəetmə asanlaşacaq, kiçiktutumlu avtobusların nisbətən iri tutumlu avtobuslarla əvəzlənmiş olacaq.

Qeyd edək ki, 168 və 186 nömrəli müntəzəm marşrut xətləri üzrə hazırda istismarda olan avtobusların texniki vəziyyəti, kiçiktutumlu olması eləcə də, digər çatışmazlıqlar barədə vətəndaşlardan "Alo141" Çağrı Mərkəzinə mütəmadi olaraq müraciətlər daxil olmaqdadır. Hər iki marşrut xətti üzrə hərəkət sxemlərinin üst-üstə düşməsi də öz növbəsində əlavə problemlərə yaradır.

  • Əvvəlki

    Uşaqpulu verən ölkələrin siyahısı - Azərbaycanda bərpa edilir?

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0