2017-ci ildə 2016-cı illə müqayisədə Azərbaycanda şəxsi minik avtomobillərinin sayı 10 min 454 ədəd artaraq 1 milyon 94 min 729 ədədə çatıb.
"Kommersant"ın Dövlət Statistika Komitəsinin hesabatlarından topladığı məlumata görə, ötən il Azərbaycanda ən çox "Chevrolet"lərin sayı artıb. 2017-ci ildə bu markadan olan avtomobillərin sayı 3206 ədəd artaraq 14 min 895 ədədə çatıb.
Artılm sayına görə 2-ci yeri Mercedes (2002 ədəd), 3-cü yeri Hyundai (1366), 4-cü yeri isə Toyota (1160) tutub.
Ötən il ən çox VAZ-ların sayı azalıb (5641 ədəd azalma).