USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"AGA Group" işçi axtarır - VAKANSİYA

08.08.2018 Vakansiya
0 0
"Kaspian Audit" MMC aşağıda qeyd olunan vəzifə üzrə vakansiya elan etməkdən məmnunluq duyur.

Vakansiya: Satış üzrə mütəxəssis

Əmək haqqı: 300 AZN + Bonus

Namizədə tələblər:

- Yaş: 25-30
- Təhsil: Ali (İqtisadiyyat və maliyyə təhsilli olmalı)
- İş stajı: 1 il (satış sahəsində)
- Dil biliyi: Azərbaycan, Rus, Səviyyə: Əla (İngilis arzuolunan)
- Kompüter biliyi: MS Office Səviyyə: Əla
- Marketinq və bazar seqmentlərinin əsasları
- Satışın psixologiyası və prinsipləri
- İşgüzar ünsiyyətin etikası
- Əlavə mühasibatlıq üzrə iş təcrübəsi olan namizədlərə üstünlük veriləcək.

İş barədə məlumat:

- Müəssisənin xidmətlərinin təşkili və aparılması
- Potensial müştərilərin axtarışı
- Müəssisənin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya və bunların rəhbərliyin diqqətinə çatdırılması
- Müəssisənin xidmətlərində müştərilərin tələbatlarının araşdırılması, müştəri ilə sifarişin razılaşdırılması
- Müştərilərin təsdiq olunmuş satış proqramına müvafiq müəssisə ilə iş birliyinə cəlb olunması
- AR əmək məcəlləsinə əsasən sənədləşmə
- İş qrafiki: bazar ertəsi - cümə; Şənbə qısaldılmış iş günü; bazar - istirahət

Qeyd olunmuş tələblərə cavab verən namizədlərdən CV- lərini “Satış üzrə mütəxəssis” yazaraq [email protected] elektron ünvanına göndərməkləri xahiş olunur.

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0