"Bank of Baku" işçi axtarır - VAKANSİYA

13.08.2018 Vakansiya
Bank of Baku Xidmət bölməsinin kiçik eksperti vəzifəsi üzrə vakansiya elan edir

Əsas vəzifə və öhdəliklər

 Fiziki və hüquqi şəxslərə bankın əmanət məhsulları haqqında məlumat verilməsi
 Bağlanılacaq əmanət müqavilələrinin rəsmiləşdirilməsi
 Fiziki və hüquqi şəxslər üzrə bütün növ bank hesablarının açılması, yenidən rəsmiləşdirilməsi və bağlanması
 Müştəriyə kassa-hesablaşma xidmətlərinin göstərilməsi, bütün növ tapşırıq sənədlərinin hazırlanması

Seçim meyarları

 İqtisadiyyat və idarəetmə sahəsi üzrə ali təhsil
 Mükəmməl Azərbaycan və Rus dili bilikləri (İngilis dili arzuolunandır)
 MS Office (Word, Excel) proqramları ilə işləmək bacarığı
 Yüksək ünsiyyət bacarığı
 Yaradıcı və analitik düşüncə tərzi
 Məsuliyyətli, dəqiq və intizamlı iş yanaşması

İş şərtləri

 İş yeri: Bakı filialları
 İş vaxtı: 5 iş günü, 09:00-18:00

Müraciət etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə onlayn
www.bankofbaku.com/az/about/i-nsan-resurslar/vakansiyalar/online-cvform CV formamızı doldura və ya CV-ləri subject bölməsində Xidmət bölməsinin kiçik eksperti qeyd etməklə [email protected] mail ünvanına göndərə bilərlər.

  • Əvvəlki

    Rəsmi Bakıdan Türkiyə açıqlaması

Digər xəbərlər