USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Satış meneceri axtarılır - VAKANSİYA

16.10.2018 Vakansiya
0 0
"NLP Center" satış meneceri üzrə vakansiya elan edir.

“NLP Center”-in həyata keçirdiyi "Öyrən və İşlə" proqramı çərçivəsində “Satış meneceri” xidməti üzrə vakansiya elan edir:

Proqramın məqsədi sizin satış sahəsi üzrə bilik və bacarıqlarınızın təkmilləşdirməklə yanaşı fərqli satış texnikalarını öyrənib işinizdə tədbiq edərək uğurlu nəticələr əldə etməkdən ibarətdir. Proqramı uğurla tamamlamış şəxslər daimi işlə təmin olunacaqlar.

Qəbul olunmuş namizədlər təcrübə keçmək üçün işə götürüləcəklər. Proqrama sadəcə 20 nəfər alınacaq və 1 həftə təlimatlandırma müddətindən sonra təcrübə proqramına start veriləcək və mərhələli şəkildə 3 aylıq təcrübə proqramı keçəcəklər. Bu müddət ərzində özünü yaxşı tərəfdən göstərən namizədlər daimi işlə təmin olunacaq. Hər mərhələ 1 ay müddətində davam edir.

1-ci mərhələ: Fərqindəlik
Bu mərhələyə başlayan namizədlər NLP Diploma Təlim proqramını (dəyəri 240 manatdır) ödənişsiz keçirlər və NLP Diploma Sertifikatı əldə edirlər. Namizədlər satış meneceri olaraq canlı satış prossesinə daxil olurlar. Bu mərhələnin sonunda 15 ən yüksək nəticə göstərən namizəd proqramın növbəti mərhələsinə keçəcəklər. Bu mərhələdə satış normativlərini yerinə yetirən 1 nəfər qalibə 300 manat mükafat verilir.

NLP təlimindən və keçdiyiniz təcrübə proqramından əldə edəcəkləriniz:
1.Ünsiyyət bacarıqlarını inkişaf etdirəcəksiniz.
2. Həyatınızda nəyin niyə baş verdiyini daha aydın kəşf edəcəksiniz.
3.Pozitiv baxış çərçivəsi qazanacaqsınız.
4.Şəxsi və iş həyatında istək və hədəflərinizə daha effektiv yollarla çatmağı öyrənəcəksiniz.
5.Stressə qarşı dayanıqlılığınızı artıracaqsınız.
6.Yaradıcılığın inkişafına təkan verəcəksiniz.
7.Sahib olduğunuz resurslarımızdan səmərəli istifadə etməyi öyrənəcəksiniz.
8.Özgüvəni gücləndirəcəksiniz.
9.Real və dəqiq hədəflər müəyyənləşdirəcəksiniz.
10.Fərqli mühitlərə uyğunlaşmağı və elastik davranmağı öyrənəcəksiniz və s.

2-ci mərhələ: Satış Texnikaları
Namizədlər Satış Koçluğu Sertifikat Proqramının 1-ci modulunu ödənişsiz keçirlər (dəyəri 300 manatdır) və Satış Texnikaları Təlim Sertifikatı əldə edirlər. Bu mərhələnin sonunda 10 ən yüksək nəticə göstərən namizəd proqramın növbəti mərhələsinə keçəcəklər. Bu mərhələdə satış normativlərini yerinə yetirən 1 nəfər qalibə 500 manat bonus verilir.

Satış Koçluğu 1-ci modul təlimindən və keçdiyiniz təcrübə proqramından əldə edəcəkləriniz:
1. Satış, Satıçı Və Satış Koçu anlayışlarını mənimsəyəcəksiniz
2. Satış və Satıcının əhəmiyyətini dəqiq ifadə edəcəksiniz
3. Satışda uğur amillərinin nələr olduğunu öyrənəcəksiniz
4. Satıcının bilməsi lazım olan faktorları biləcəksiniz
5. Müşteri analizini bacaracaqsınız
6. Əsas satış texnikalarını və modellərini öyrənəcəksiniz.
7. Etirazları dəf etməyi öyrənəcəksiniz.
8. Müştərinin qərar strategiyalarını analiz etməyi bacaracaqsınız.
9. Satıcının məhsuldarlığına təsir edən amilləri öyrənəcəksiniz.
10. Doğru sual vermə texnikalarını mənimsəyəcəksiniz.
11. Müşterini effektiv dinləmənin qaydalarını öyrənəcəksiniz.
12. Satış menecerinin başlıca məsuliyyətini mənimsəyəcəksiniz.
13. Güclü və inkişafa açıq cəhətlərinizi kəşf edəcəksiniz.
14. Görüləcək işlərə dair fəaliyət planları qurmağı öyrənəcəksiniz.
15. Səhvlərinizdən dərs çıxararaq, daim öyrənərək məhsuldarlığınızı artıracaqsınız və s.

3-cü mərhələ: Satış Koçluğu
Bu mərhələyə keçən 10 namizədə Satış Koçluqu Proqramının 2-ci modulu verilərək koçluq proqramı tamamlanır və namizədlər SATIŞ KOÇU sertifikatı əldə edirlər. Bu mərhələdə satış normativlərini yerinə yetirən 1 nəfər qalibə 800 manat bonus verilir.Bu mərhələnin sonunda namizdələrin fəaliyyəti dəyərləndirilir və 5 nəfər satış meneceri işinə qəbul edilirlər.
Satış Koçluğu 2-ci modul təlimindən və keçdiyiniz təcrübə proqramından əldə edəcəkləriniz:
1.Daha güclü və sağlam münasibətlər qurmağı öyrənəcəksiniz
2.Liderlik bacarıqlarını inkişaf etdirəcəksiniz.
3.Fobiyalar və neqativ xatirələrin hamısından qurtulacaqsınız.
4.Öyrənməni sürətləndirəcəksiniz.
5.Konsentrasiyanızı gücləndirəcəksiniz
6.İnanmaq və inandırmaq bacarıqlarının inkişaf etdirəcəksiniz.
7.İş dünyasında qarşılıqlı ünsiyyət, təsiretmə və güvən mühitinin yaratmağın yollarını öyrənəcəksiniz
8. Təşəbbüs göstərməyi və qərarlarınızın məsuliyətinini götürməyi öyrənəcəksiniz.
9. Şəxsi potensialını hiss edəcək və yeni bacarıqlar yaradacaqsınız.
10. Nəyi nə üçün etdiyinin fərqində olduğunuz üçün özünə inamınız daha da artacaq.
11. Vaxtınızı effektiv idarə etməyi bacaracaqsınız.
12. İmkanlarınızdan və resurslarınızdan səmərəli istifadə etməyi öyrənəcəksiniz.
13.İşi və şəxsi həyatınızda tarazılığı qoruyacaqsınız.
14. Ən yaxşı formada əks reaksiya verərməyi və idarəetməni öyrənəcəksiniz.
15. Problemlərin həll etmə yollarını təkmilləşdirəcəksiniz.
16. Stressi daha asan idarə edəcəksiniz və s.

Tələblər:

- Dil bilikləri: Azərbaycan dili (Rus dili bilmək arzu olunandır)
- Kompyuterdə işləmə bacarığı

Vəzifələr:
- Şirkətin təqdim ediyi xidmətlərinin təşkili və aparılması.
- Potensial müştərilərin axtarışı.
- Şirkətin maraqlarına uyğun müştərilərlə kommersiya danışıqlarının aparılması və müqavilənin imzalanması.
- Müştərilərdən daxil olan məlumatlara operativ reaksiya verərək rəhbərliyin diqqətinə çatdırılması.

İş saatı :
Hər gün 9:00-18:00 dək
Bazar günü istirahət günü

Proqramı başa vuranlar nə əldə edəcəklər:
1. Təcrübə qazanmaq imkanı
2. Fərdi inkişaf
3. NLP Master Trainer və Biznes Koçu Babək Bayramovun təqdimatında olan 84 saat təlimlərdə ödənişsiz iştirak etmək imkanı.
4. Fərdi brendin yaradılması və tanınma imkanı
5. Daimi iş
6. NLP Diploma, Satış Texnikaları və Satış Koçu sertifikatları
7. Mükafat (ümumi mükafat fondu 1600 manat)

Maraqlanan şəxslər CV-lərini “Satış meneceri ” başlığı ilə [email protected] elektron ünvanına göndərə bilərlər.

Ümumi məlumat

Əlavə edilib: 16-10-2018

Əmək haqqı: razılaşma

Əlaqə məlumatı

Əlaqə üçün e-mail: [email protected]

  • Əvvəlki

    "Ağlamaq kursları" açılıb

Digər xəbərlər

09.04.2021 Vakansiya
“Lexus Bakı” işçi axtarır
1 0
09.04.2021 Vakansiya
“Bank Respublika” işçi axtarır
0 0