USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cavid Osmanov: “Ermənistan böyük böhran içindədir”

29.12.2020 İqtisadiyyat
0 0
44 günlük müharibə və acı məğlubiyyət Ermənistanda əsaslı sosial, iqtisadi böhrana səbəb olub. Hazırda işğalçı ölkədə gərgin mənəvi-psixoloji durum hökm sürür. Təcüvüzkar dövlətdə artıq daxili qarşıdurma pik həddə çatıb. Ermənistanın rəhbər və vəzifəli şəxsləri mövcud durumu etiraf edir.

Bunu Milli Məclisin deputatı Cavid Osmanov deyib.

Onun fikrincə, indiki durumda təcavüzkar dövlətdə minlərlə gəncin ölümü cəmiyyət və onların ailələri üçün faciədir.

Deputat erməni işğalı dövründə Azərbaycan bütün istiqamətlərdə böyük güc topladığını söyləyib: "Ermənistan isə arzusunu reallıq kimi qəbul etmişdi. İşğalçıların güclü ordu xulyası əslində reallıqdan tamam uzaqmış. 44 günlük müharibədə Ermənistan demokrafik müstəvidə də məğlub oldu".

Millət vəkli artıq Ermənistanda dövlət rəhbərliyi səviyyəsində məğlubiyyətin səbəbləri ilə bağlı etiraf edici bəyanatlar, çıxışlar edildiyini bildirib: "Ermənistan prezidenti açıqlamasında qeyd edir ki, Dağlıq Qarabağda əhalinin sayı 20 min nəfər azalıb. Halbuki, bu əraziləri məskunlaşdırıb əhalinin sayını artırmaq lazımıydı. O həmçinin Azərbaycanın həm də informasiya və media müstəvisində müharibəyə ciddi hazırlığından bəhs edib".

Cavid Osmanov qeyd edib ki, Ermənistan dövlətinin uzun illər dağıdılması prosesi gedib: "Ermənistan böyük böhran içindədir. Bunun ən pisi həm də emosional-psixoloji böhrandır. Ağır məğlubiyyət yükünü təkcə Ermənistanın bugünkü nəsli deyil, gələcək nəsil də daşıyacaq. Ermənistan dizi üstə çöküb. Ölkə ağır sosial-iqtisadi böhran içindədir. Səhiyyə, koronavirus, müharibədə itkilər, onların ailələri çarəsiz qalıb. Bu gün işağlçı ölkədə təkcə dövlətin deyil, millətin böhranı yaşanır. Ermənistanın bu duruma düşməsinin əsas səbəbi isə onun rəhbərlərinin apardığı işğalçılıq siyasətidir. Azərbaycanın məqsədyönlü siyasi kursu və möhtəşəm Qələbəsi müstəvisində isə düşmən məhv edilib".Teleqraf

  • Əvvəlki

    Rusiya Müdafiə Nazirliyi Hadrutda baş verənlərlə bağlı məlumat yaydı

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0