USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Güclü olan haqlıdır: ABŞ ÜTT-nin qaydalarını pozur

28.06.2018 İqtisadiyyat
0 0
Bu gün Brüsseldə Avropa Birliyinin növbəti sammiti baş tutacaq.

"Kommersant" xəbər verir ki, sammitin əsas müzakirəsi miqrasiya problemlərinə həsr olunsa da, hazırda dünyanın diqqət mərkəzində olan ümumdünya "ticarət savaşı" məsələsinə də toxunulacaq. Belə ki, dünya liderlərinin proteksionizmin öldürməkdə olduğu sərbəst ticarətdə Avropanın Amerikaya qarşı necə ayaqda duracağı əsas müzakirə mövzusudur.

Hazırda bütün dünyanın istəyi sərbəst ticarət prinsiplərinə ümumdünya dövlətlərinin ayaq uydurmasıdır. Çünki ÜTT yaradıldıqda onun tərkibinə daxil olan dövlətlər siyasətin heç bir halda iqtisadiyyata müdaxilə etməyəcəyinə dair sözləşmə imzalamışdılar. Razılaşmaya əsasən dövlətlər bir-birilərilə qarşılıqlı alış-veriş edəcək, ÜTT isə hər şeyin qaydalara uyğun, ədalət prinsipi ilə tənzimlənməsinə nəzarət edəcəkdi. Və bütün bunlar idxal rüsumlarının azaldılmasına xidmət etməli idi.

Hazırki vəziyyət isə bunu göstərir ki, ABŞ hər hansı qaydaya uymağı lazım bilmir. Vaşinqtonun açıq şəkildə irəli sürdüyü proteksionizmi və kobudluğu, Çin ilə başlatdığı "ticarət savaşı" qanunların pozulmasına gətirib çıxarıb. Bunun da nəticəsində dünyanın iki nəhəng dövlətinin "savaşı" bütün dövlətlərin iqtisadiyyatını alt-üst edib.

Trump bununla belə güzəştə getməyi düşünmür və Avropa İttifaqından idxal olunan avtomobillərə 20% vergi tətbiq etməyə hazırlaşır. Qeyd edək ki, bu Aİ və ABŞ arasındakı ticarətin 90%-ni təşkil edir. Brüssel də öz növbəsində bu addımı cavabsız qoymağı düşünmür. Bu halda isə dünya iqtisadiyyatının ümidi ÜTT-ə qalıb.

  • Əvvəlki

    TAP Albaniyada 19 çay keçidində işləri yekunlaşdırıb

Digər xəbərlər