Sanksiyalar Azərbaycana da aid olacaqmı? - BP ABŞ-A MÜRACİƏT ETDİ

08.08.2018 Maliyyə
ABŞ Cənubi Qafqazdan “uzaq duracaq”

“Kommersant.az” xəbər verir ki, bütün dünya ölkələrinə təsir edəcək ABŞ sanksiyaları Cənubi Qafqazdan yan keçəcək. Bu baradə “S&P Global Platts” agentliyi məlumat yayıb.

Belə ki, İranın da iştirakçısı olduğu “Şahdəniz” layihəsinin taleyi ilə bağlı narahat olan BP, sanksiyaların layihə çərçivəsindən kənara qalması üçün Amerikaya müraciət edib.

ABŞ tərəfinin verdiyi məlumata görə, Trumpın işlətdiyi “təbii qaz layihəsi istisnadır” ifadəsi sanksiyaların Cənubi Qafqazdan uzaq olacağı mənasını verir.