USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Ford” bazardan gedir?

03.09.2018 İqtisadiyyat
0 0
Bəzi avtomobillərin istehsalı dayanacaq.

"Kommersant.az" xəbər verir ki, məşhur avtomobil istehsalçılarından olan "Ford" Avropada yeniliklərə imza atmaq məqsədilə yenidənqurma işlərinə başlayır.

Belə ki, söylənənlərə əsasən Amerika şirkəti bu məqsədlə çox satılan "SUV" modelinə xüsusi diqqət yetirəcək, "Mondeo", "Galaxy", "S-Max" modellərinin isə istehsalını dayandıracaq.

Qeyd edək ki, "Ford" aprel-iyun ayları arasında 75 milyon dollara qədər zərər etmişdi. Ekspertlər "Brexit"in şirkətin zərərlərini artıracağını istisna etmədiklərini də bildiriblər. Hətta deyilənlər arasında "Ford"un dünya üzrə nümayəndəliklərini azaldacağı kimi fikirlər də var.