İqtisadi gərginlik daha bir şirkətin fəaliyyətinə son qoymaq üzrədir.
"Kommersant.az" xəbər verir ki, Türkiyədə daha bir şirkət iflas bayrağını qaldırıb. Ölkədə 50-dən çox mağazası olan "Beta" ayaqqabı mağazası məhkəməyə iflas etməsilə bağlı müraciət edib.
Belə ki, dünya iqtisadiyyatında baş verən dalğalanmalardan əsaslı təsirlənən Türkiyə iqtisadiyyatı "Beta" ilə sayca üçüncü böyük mağazasını itirəcək.